• Bakı 16° C

    0.32 m/s

  • USD - 1.7

    EUR - 1.9095

    RUB - 1.9963

Britaniya və Norveç Ukraynaya 580 milyon dollar ayıracaq

DÜNYA

11 Aprel 2025 | 13:00 | Müəllif: Gülşən Şərif

Britaniya və Norveç Ukraynaya 580 milyon dollar ayıracaq

Böyük Britaniya və Norveç Ukraynaya 450 milyon funt sterlinq (580 milyon dollar) hərbi yardım edəcək. 

Bakıvaxtı.az "Reuters" agentliyinə istinadən xəbər verir ki, Brüsseldə Ukraynaya hərbi təchizat üzrə təmas qrupunun 27-ci iclası öncəsi Kiyev rejiminə əlavə vəsaitin ayrılacağı vəd edilib.

Vəsaitlər Kiyevə yüz minlərlə PUA-nın verilməsinə, həmçinin nəqliyyat vasitələrinin və avadanlıqların təmiri və texniki xidmətinə yönəldilir. Bundan əlavə, bu vəsait Ukrayna üçün radar sistemləri, tank əleyhinə minalar və pilotsuz uçuş aparatlarının alınmasına yönəldiləcək.

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR