• Bakı 14° C

    5.87 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Traktor dərəyə aşdı,ölən var - YENİLƏNİB

HADİSƏ

20 Dekabr 2023 | 16:07

Traktor dərəyə aşdı, ölən var - YENİLƏNİB

Hacıqabulda traktorun aşması nəticəsində 37 yaşlı kişi ölüb.

Bakıvaxtıaz xəbər verir ki, ölən şəxs traktorun sürücüsü, Hacıqabul rayonunun Qarasu kənd sakini, 1986-cı il təvəllüdlü Hüseynov Gəray Tahir oğludur.

Hadisə nəticəsində traktorda olan sərnişin, Qarasu kənd sakini, 2005-ci il təvəllüdlü Hüseynov Röyal İftixar oğlununun xəsarət aldığı, Şirvan xəstəxanasına yerləşdirildiyi bildirilir.

***

15:47

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Hacıqabul rayonunun Birinci Udullu kəndində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

Bakıvaxtı.az FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “БЕЛАРУС” markalı traktor idarəetməni itirərək yol kənarındakı dərəyə aşıb, 1 nəfər traktorda sıxılmış vəziyyətdə qalıb.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 1 nəfərin meyiti nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026