• Bakı 18° C

    0.18 m/s

  • USD - 1.7

    EUR - 1.9264

    RUB - 2.0261

Traktor avtomobillə toqquşub: Ölən var (YENİLƏNİB)

HADİSƏ

30 Aprel 2022 | 20:42 | Müəllif: Subhan Mahmudov

Traktor avtomobillə toqquşub: Ölən var (YENİLƏNİB)

Biləsuvarda yol qəzasında ölən şəxsin kimliyi məlum olub.

Bakıvaxtı.az-ın məlumatına görə, bu, rayonun Dərvişli kənd sakini, 1992-ci il təvəllüdlü Əliyev Elçin Qəzənfər oğludur.

Qəzada ağır xəsarət alan E.Əliyev Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

***18:59

Biləsuvarda bir nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bakıvaxtı.az-ın məlumatına görə, hadisə rayonun “PMK-9” adlanan ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan traktor “Hyundai” markalı avtomobillə toqquşub. Qəza nəticəsində minik avtomobilin sürücüsü, rayonun Dərvişli kənd sakini Elçin adlı şəxs (soyadı dəqiqləşdirilir-red) hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.(report)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR