• Bakı 21° C

    2.79 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Timsahların məskunlaşdığı çayda Olimpiya yarışları keçiriləcək

İDMAN

17 Sentyabr 2026 | 15:45 | Müəllif: Gülşən Şərif

Timsahların məskunlaşdığı çayda Olimpiya yarışları keçiriləcək

Avstraliyanın Kvinslend ştatında yerləşən Fitsroy çayı 2032-ci ildə Brisbendə keçiriləcək Yay Olimpiya Oyunlarında avarçəkmə yarışlarının məkanı kimi təsdiqlənib.

Bakıvaxtı.az xəbər verir ki, çayda timsahların yaşaması və güclü axının olması ilə bağlı narahatlıqlar mövcud olsa da, Fitsroy texniki ekspertizadan keçirilib.

Kvinslendin Baş naziri Devid Krisafulli bildirib ki, çayın Olimpiya yarışlarının keçirilməsi üçün uyğunluğu təsdiqlənib və Beynəlxalq Olimpiya Komitəsi (BOK) tərəfindən yarış məkanı kimi təsdiq olunub.

Beləliklə, Fitsroy çayında akademik avarçəkmə, paraavarmə, kayak və kanoe üzrə sprint, həmçinin parakanoe yarışları keçiriləcək.

Qeyd edək ki, 2032-ci il Yay Olimpiya Oyunları Brisbendə iyulun 23-dən avqustun 8-dək təşkil olunacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Sentyabr 2026