• Bakı 13° C

    6.5 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Gəncədə baş verən qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA

HADİSƏ

25 Iyun 2025 | 15:39

Gəncədə baş verən qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA

25.06.2025-ci il tarixində saat 14:20 radələrində yol-nəqliyyat hadisəsi ilə əlaqədar 5 nəfər (3 qadın, 2 kişi cinsli) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Z.Məmmədov adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. 

Bu barədə Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Nəzərə çatdırılıb ki, pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib, 4 nəfərin vəziyyəti qənaətbəxş hesab olunduğundan ambulator müalicə üçün evə buraxılıb. 

"Qapalı kəllə-beyin travması alan 1969-cu il təvəllüdlü şəxsin (qadın cinsli) müalicəsi isə müvafiq şöbədə davam etdirilir. Vəziyyəti orta ağırdır",- deyə məlumatda bildirilib.

Qeyd edək ki, bu gün Gəncədə  '"Ford" və "VAZ " markalı minik maşınları toqquşub.

Məlumata görə, xəsarət alanlar Şəmkir rayonu Sabirkənd kənd sakinləridir. Onlar orta məktəb müəllimləri olduğu və Gəncə şəhərinə imtahan vermək üçün gəldikləri deyilir.

Mina Mikayılova

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026