• Bakı 12° C

    3.29 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Tağı Əhmədovun ən son GÖRÜNTÜSÜ

CƏMİYYƏT

19 May 2024 | 12:18 | Müəllif: Subhan Mahmudov

Tağı Əhmədovun ən son GÖRÜNTÜSÜ

“Bakı Metropoliteni” QSC-nin sabiq rəisi, sağlıq durumu getdikcə pisləşən Tağı Əhmədovun son görüntüsü yayılıb.

Bakıvaxtı.az modern-ə istinadən xəbər verir ki, T.Əhmədov 6 ildən çoxdur səhhətindəki problemlərlə mübarizə aparır. O, qan təzyiqi, şəkər, kəskin ürək ağrılarından əziyyət çəkir. Sabiq rəisə ən çox əziyyət verən isə ayaqlarındakı ağrıların şiddətlənməsidir. 

Məlumatlara görə, 3 ildən çoxdur T.Əhmədovun hərəkət imkanları məhdudlaşıb. Hazırda onun əlil arabasına möhtac qaldığı deyilir. Bakıdakı klinikaların birinin daimi pasiyenti olan sabiq rəisin hərəkət imkanlarını itirəndən sonra yaxın ətrafı ilə əlaqəni kəsdiyi, dostları və keçmiş iş yoldaşları ilə telefon vasitəsilə əlaqə saxladığı bildirilir.


Tağı Əhmədovun ən son GÖRÜNTÜSÜ
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026