Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən ölkəmizdə ilk dəfə olaraq "Peşələr Festivalı" keçirilir.
Bakıvaxtı.az xəbər verir ki, Şirvan şəhərində keçirilən tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədr müavini Cəmaləddin Quliyev, Şirvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Məharət Mustafayev çıxış ediblər.
Tədbirdə Şirvan şəhər sakinləri və ətraf rayon sakinləri iştirak ediblər.
Qeyd edək ki, bu layihə ölkənin tam olaraq 10 regionunu əhatə edir. Artıq 3 regionda - Şamaxı, Sumqayıt və Lənkəranda layihə uğurla baş tutub. Festivalda bütün yaş qruplarından olan şəxslər iştirak edərək müvafiq peşələr haqqında məlumat ala biləcəklər. Layihənin əsas məqsədi Azərbaycanın 10 bölgəsində 10 peşə haqqında maarifləndirici tədbirlər həyata keçirərək, şəxslərə müvafiq peşələr və peşə sahibləri ilə daha yaxından tanış olmaqla,peşə və ixtisas seçiminə dəstək göstərməkdir.



























jpg-1655743253.webp)







