• Bakı 13° C

    6.88 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Şuşada DƏHŞƏT: 5 nəfər avtomobildə YANDI - FOTO

HADİSƏ

06 Noyabr 2023 | 10:39 | Müəllif: Qalib İbrahimoğlu

Şuşada DƏHŞƏT: 5 nəfər avtomobildə YANDI - FOTO

Şuşada 5 nəfərin ölümü ilə nəticələnən qəza baş verib.

Bakıvaxtı.az xəbər verir ki, hadisə rayonun Daşaltı kəndində qeydə alınıb. Sürücü Elvin Abbasov idarə etdiyi "Nissan Navara" markalı avtomobil ilə hərəkətdə olan zaman idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb və avtomobildən yanğın baş verib. Nəticədə avtomobildə olan sərnişinlər Kamil Qaybalıyev, Rəşad Atakişiyev, Şahbaz İsayev, Eldəniz Həsənov, Hümbət Hümbətov hadisə yerində yanaraq ölüblər. Sürücü isə ağır yanıq xəsarətıəri ilə Füzuli rayon mərkəzi xəstəxanasına yerləşdirilib.

    DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı faktı təsdiqləyib. Bildirib ki, baṣ vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar Şuşa Rayon Polis Şöbəsində araşdırmalara başlanılıb. Hazırda iatintaq davam etdirilir.

    Qeyd edək ki qəzaya düşənlər işğaldan azad edilən ərazidə fəaliyyət göstərən yol tikinti şirkətlərinin birinin əməkdaşlarıdır.


    Şuşada DƏHŞƏT: 5 nəfər avtomobildə YANDI - FOTO
    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    21 Noyabr 2026