• Bakı 12° C

    3.29 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Şuşada beynəlxalq konfrans keçiriləcək

CƏMİYYƏT

24 May 2023 | 15:11

Şuşada beynəlxalq konfrans keçiriləcək

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi (NGBM) Şuşada "Yenidənqurma və inteqrasiya: energetika, iqtisadiyyat, ətraf mühit və bərabərlik" mövzusunda beynəlxalq konfrans keçirəcək.

Çərşənbə günü NGBM-dən Bakıvaxtı.az-a verilən məlumata görə, konfransın 6-7 iyun 2023-cü il tarixlərində Şuşa şəhərində keçirilməsi planlaşdırılır.

Xatırladaq ki, NGBM hər il artıq Şərqi Avropa, Cənubi Qafqaz, Mərkəzi Asiya və Yaxın Şərqdə mühüm hadisəyə çevrilmiş Qlobal Bakı Forumunu keçirir. Forumda görkəmli lider və mütəfəkkirlər üçün dünyadakı ən kəskin çağırışlardan bəzilərinin aradan qaldırılmasının yol və vasitələrini müzakirə etmək imkanı yaradılır.
 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026