• Bakı 5° C

    1.1 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Sumqayıtda yaşayış evindəki yanğın söndürüldü - YENİLƏNİB

HADİSƏ

19 Yanvar 2025 | 15:15 | Müəllif: Subhan Mahmudov

Sumqayıtda yaşayış evindəki yanğın söndürüldü - YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Sumqayıt şəhəri, Sülh küçəsində fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri cəlb edilib.

Bu barədə Bakıvaxtı.az-a FHN-dən bildirilib.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində birmərtəbəli fərdi yaşayış evində baş vermiş yanğın daha da genişlənməsinə, o cümlədən qonşu evlərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

 

14:31

Sumqayıtda yaşayış evi yanır, xəsarət alan var.

Bakıvaxtı.az xəbər verir ki, hadisə Sülh prospekti, "Əşya bazarı" adlanan yerdə qeydə alınıb.

Yanğının söndürülməsinə yanğından mühafizə bölmələri cəlb edilib.

İlkin məlumata görə, hadisə zamanı yanğınsöndürən Ağayev Bəxtiyar adlı şəxs xəsarət alıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026