• Bakı 15° C

    4.61 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

"Sovetski"də YANĞIN - VİDEO

CƏMİYYƏT

08 Iyul 2026 | 23:48 | Müəllif: Subhan Mahmudov

"Sovetski"də YANĞIN - VİDEO

Bakı şəhəri, Yasamal rayonu, Lev Tolstoy küçəsində ("Sovetski" kimi tanınan ərazidə) yanğın baş verib.

Bakıvaxtı.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə Təzəpir məscidinin yaxınlığındakı yaşayış evlərindən birində qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Oxu.Az-a verilən məlumata görə, yanğınla bağlı dərhal əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026