q
  • Bakı 13° C

    1.26 m/s

  • USD - 1.7

    EUR - 1.9957

    RUB - 2.2716

Sinif yoldaşını yandıran şagirdlə bağlı QƏRAR VERİLDİ

CƏMİYYƏT

22 Aprel 2026 | 19:46

Sinif yoldaşını yandıran şagirdlə bağlı QƏRAR VERİLDİ

Məhkəmə Bakıda sinif yoldaşına xəsarət yetirməyə görə saxlanılan yeniyetmə barəsində qərar verib.

Bakıvaxtı.az APA-ya istinadən xəbər verir ki, bu gün Yasamal Rayon Məhkəməsində onunla bağlı təqdimata baxılıb və qərar qəbul edilib.

Qərara əsasən, yeniyetmə barəsində 2 ay müddətə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, aprelin 20-də 286 nömrəli tam orta ümumtəhsil məktəbinin IX sinif şagirdi sinif yoldaşına xəsarət yetirib. Hadisəni törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

Məlumata görə, 2010-cu il təvəllüdlü yeniyetmə 2011-ci il təvəllüdlü şəxsin üzərinə spirt tökərək alışqanla yandırıb.

Yeniyetmə yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.


SON XƏBƏRLƏR