Şəmkirdə yanğın olub.
Bakıvaxtı.az-ın FHN-ə istinadən xəbərinə görə, hadisə rayonun Dəllər qəsəbəsində qeydə alınıb. Belə ki, “Azərbaycan Dəmir Yolları” QSC-yə məxsus 30 vaqondan ibarət yük qatarının ümumi sahəsi 90 m² olan işçilərin istirahəti üçün nəzərdə tutulan 3 otaqlı vaqonunun 1 otağının üzlüyü və içərisindəki əşyalar 21 m² sahədə yanıb. Vaqonun qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;
















