• Bakı 11° C

    4.76 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Şəhid atası vəfat etdi

CƏMİYYƏT

29 Iyun 2021 | 17:20

Şəhid atası vəfat etdi

Vətən Müharibəsində şəhid olan Elgün Paşayevin atası vəfat edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə millət vəkili Vüqar Bayramov məlumat yayıb. Onun sözlərinə görə, Füzuli rayonunun Zərgər kəndindən olan şəhid atası İlham Paşayev üç gün əvvəl dünyasını dəyişib.

"Şəhid atası ilə Vətən müharibəsindən sonra görüşüb dərdlərinə şərik olmuşduq. Qəhrəman övlad yetişdirdiyi üçün minnətdarlıq duymuşduq. Şəhidlərimizin də, onları böyüdən valideynlərin də haqqı ödənilməz. Şəhid atası İlham bəyə Allahdan rəhmət, ailəsinə və yaxınlarına səbir diləyirəm".

Qeyd edək ki, şəhid Elgün Paşayev Vətən müharibəsinin ilk günlərində Füzuli uğrunda gedən döyüşlərdə şəhid olub. Ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.


Şəhid atası vəfat etdi
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR