• Bakı 11° C

    7.48 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

890 milyon il əvvələ aiddir

CƏMİYYƏT

29 Iyul 2021 | 15:59

890 milyon il əvvələ aiddir

Bakıvaxtı.az xəbər verir ki, Kanadalı alimlər apardıqları araşdırmalarda heyvan həyatının 890 milyon il əvvələ qədər uzun ola biləcəyini kəşf ediblər.

Kanadanın Ontario şəhərindəki Laurentian Universitetinin Paleontologiya və Geologiya professoru Elizabeth Turner, ölkənin şimal -qərbində yüz milyonlarla il əvvəl yaşamış süngərlərə aid olduğu düşünülən qalıqlar aşkar edib.

Turner tapılan fosillərin süngər skeletləri olduğunu və 890 milyon il əvvələ aid olduğunu qeyd edib.

Göttingen Universitetinin Geobiologiya professoru Joachim Reitner, "Bu (süngər) skelet çox xarakterikdir və müqayisə edilə bilən heç bir oxşarı yoxdur" deyib.

Reitner, Turner'in araşdırması ilə əlaqədar yazdığı məqalədə tapıntıların heyvan soy ağacında bir mərhələ olduğunu və növlərin mənşəyinin gözləniləndən xeyli əvvələ getdiyini sübut etdiyini bildirib.

Süngərlər yer üzündəki ən qədim heyvan növü sayılsa da, elmi məlumatlar bu növün ən erkən tapıntılarının 535 milyon il əvvələ aid olduğunu göstərib.

Araşdırma mövzusu olan fosillərin süngər tarixini 350 milyon il əvvələ apara biləcəyi qeyd olunub.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR