• Bakı 12° C

    4.84 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Şəhid anası vəfat etdi

CƏMİYYƏT

02 Oktyabr 2023 | 09:50

Şəhid anası vəfat etdi

Vətən müharibəsi şəhidi Niftalı Mehdilinin anası vəfat edib.

Bakıvaxtı.az xəbər verir ki, şəhidin anası Şirmayə Mehdiyeva yaşadığı Ucar rayonu Bərgüşad kəndində dünyasını dəyişib.

Qeyd edək ki, 1996-cı il təvəllüdlü Mehdili Niftalı Qnyaz oğlu 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsinə könüllü şəkildə qatılıb. Ona Suqovuşan qəsəbəsinin azad edilməsində göstərdiyi şücaətə görə gizir rütbəsi verilib. Oktyabrın 13-də Ağdərə uğrunda gedən döyüşlərdə şəhid olub və ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026