• Bakı 12° C

    6.98 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Saraydakı qəzada ölən və yaralananların adları MƏLUM OLDU

HADİSƏ

10 Iyul 2023 | 09:16

Saraydakı qəzada ölən və yaralananların adları MƏLUM OLDU

Ötən gün Abşeron rayonu Saray qəsəbəsində ağır yol qəzası baş verib.

Bakıvaxtı.az xəbər verir ki, qəzada ölən və yaralananların kimliyi müəyyənləşib.

“Ravon Nexia” və “Mercedes” markalı avtomobillərin toqquşması nəticəsində “Mercedes”in sürücüsü, 2001-ci il təvəllüdlü Nicat Cəsarət oğlu Süleymanlı hadisə yerində ölüb.

“Ravon Nexia”nı idarə edən Vüqar Quliyev və onun sərnişini Rəşad Qafarov isə Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı  araşdırma aparılır.

Hadisə yerindən çəkilmiş görüntüləri təqdim edirik.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR