Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçusu Samux rayonu ərazisində baş vermiş hadisə nəticəsində həyatını itirib.
Bakıvaxtı.az xəbər verir ki, DSX-nin yaydığı məlumata görə, iyulun 1-də Sərhəd Qoşunlarının hərbi qulluqçusu, kiçik gizir Vüsal Zabil oğlu Nəzərovun olduğu avtomobil idarəetmədən çıxaraq çay yatağına aşıb.
Bildirilib ki, məlumat daxil olan kimi Dövlət Sərhəd Xidməti və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən hadisə yerində axtarış-xilasetmə əməliyyatı keçirilib. Görülən tədbirlər nəticəsində hərbi qulluqçunun meyiti aşkar olunub.
Dövlət Sərhəd Xidmətinin rəhbərliyi Vüsal Nəzərovun vəfatı ilə əlaqədar ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verib.
19:46
Samuxda ölümlə nəticələnən hadisə baş verib.
Bakıvaxtı.az AZƏRTAC-a istinadən bildirir ki, hadisə Mingəçevir Su Anbarının Samux rayonundan keçən hissəsində qeydə alınıb.
İlkin məlumata görə, "MAZ" markalı yük avtomobilin aşması nəticəsində 1 nəfər çayda boğularaq ölüb, 2 nəfər isə sudan çıxa bilib.
Ölən şəxsin Dövlət Sərhəd Xidmətinin əsgəri olduğu ehtimal edilir. Onun axtarışları davam edir.
Faktla bağlı araşdırma başlanılıb.
















