• Bakı 12° C

    5.66 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Bakıda təkər tullantıları yığılan ərazidə yanğın söndürüldü - VİDEO - YENİLƏNİB

HADİSƏ

31 Iyul 2026 | 15:21 | Müəllif: Əli Hüseynov

Bakıda təkər tullantıları yığılan ərazidə yanğın söndürüldü - VİDEO - YENİLƏNİB

Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon ərazisində təkər tullantıları yığılmış sahədə başlayan yanğın söndürülüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğının genişlənərək ətraf ərazilərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

***

14:01

Bakının Binəqədi rayonunda təkər tullantıları yığılmış sahədə yanğın baş verib.

Bu barədə Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən bildirilib.

Bildirilib ki, nazirliyin "112" qaynar telefon xəttinə Binəqədi rayonu, 8-ci mikrorayon ərazisində təkər tullantıları yığılmış sahədə yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib.

Hazırda yanğının söndürülməsi istiqamətində mübarizə tədbirləri davam etdirilir.

FHN hadisə ilə bağlı əlavə məlumatın veriləcəyini bildirib.

 

Zeynəb Rzayeva


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026