Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Samux rayonu, Yenikənd kəndində kanalda 1 nəfərin batması barədə məlumat daxil olub.
Bu barədə Bakıvaxtı.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.
Hazırda vətəndaş - 2009-cu il təvəllüdlü Məmmədova Gülnaz Elçin qızının batdığı ehtimal edilən istiqamətlərdə axtarışlar həyata keçirilir.
Əlavə məlumat veriləcək.
***
18:24
İmişli rayonunda Araz çayında batan Elgün Həsənovun meyiti tapılıb.
Bakıvaxtı.az-ın məlumatına görə, onun meyiti Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Qeyd edək ki, hadisə bu gün çayın Şahverdili və Göbəktala kəndləri ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, 29 yaşlı E. Həsənov çayda çimərkən boğulub.
Faktla bağlı araşdırmalar davam etdirilir.
***
17:38
Kür çayının Samux rayonundan keçən hissəsində 17 yaşlı qız batıb.
Bakıvaxtı.az xəbər verir ki, hadisə çayın Yenikənd kəndindən keçən hissəsində qeydə alınıb.
Gəncə şəhərinin Məhsəti qəsəbə sakini olan yeniyetmə qızın tapılması üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri cəlb olunub.
Hazırda FHN əməkdaşları tərəfindən axtarış-xilasetmə tədbirləri davam etdirilir.
Bakı 



