Salyanda ev yanıb.
Bakıvaxtı.az bu barədə Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir.
Yanğın rayonun Xələc kəndində qeydə alınıb. Belə ki, ümumi sahəsi 117 m² olan kürsülü, birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları yanıb. Bitişik talvar yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.










jpg-1680340279.webp)

jpg-1680326590.webp)



