• Bakı 13° C

    6.88 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Rektor özünü GÜLLƏLƏDİ

DÜNYA

22 Oktyabr 2022 | 21:10 | Müəllif: Subhan Mahmudov

Rektor özünü GÜLLƏLƏDİ

Ukraynada Boris Qrinçenko adına Kiyev universitetinin rektoru Viktor Oqnevyukun meyiti tapılıb.

Bakıvaxtı.az xəbər verir ki, Kiyev polisinin mətbuat katibi İrina Pryanişnikova məlumatı təsdiqləyib. O bildirib ki, qohumları rektoru evində güllələnmiş vəziyyətdə aşkarlayıblar. Onu xilas etməyə çalışsalar da, uğursuz olub. Qrinçenkonun özünü odlu silahla öldürdüyü məlum olub.

Hazırda faktla əlaqədar araşdırma aparılır.

"Meyit məhkəmə-tibbi ekspertizaya göndərilib... Biz əsas versiyalardan birini nəzərdən keçirərik - bu, intihardır. Ən azı hadisənin bütün halları bundan danışır", - polisdən jurnalistlərə bildirilib.

Həmin şəxsin 63 yaşında olduğu və genişmiqyaslı müharibənin başlaması ilə ərazi müdafiəsi sıralarına qoşulduğu qeyd edilir.

Rektorun ov tüfəngi ilə özünü sinəsindən vurduğu bildirilir


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026