• Bakı 7° C

    7.65 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Qəzzada atəşkəs qüvvəyə mindi

DÜNYA

19 Yanvar 2025 | 14:18 | Müəllif: Subhan Mahmudov

Qəzzada atəşkəs qüvvəyə mindi

Qəzza zolağında birinci mərhələdə təxirə salınan atəşkəs rejimi Bakı vaxtı ilə 13:15-də qüvvəyə minib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İsrail Baş naziri Benyamin Netanyahunun ofisi azad edilməli olan girovların siyahısını aldıqdan sonra məlumat yayıb.

Məlumata görə, atəşkəs rejimi səhər 08:30-da qüvvəyə minməli idi. Lakin HƏMAS-ın bu gün azad ediləcək üç girovun adını açıqlamaması səbəbindən təxirə salınmışdı.

Səhər saatlarından isə İsrail ordusu Qəzzanı atəşə tutub. Zərbələr nəticəsində 13 nəfərin öldüyü, 25 nəfərin isə yaralandığı barədə məlumat verilib.

Qeyd edək ki, İsrail Baş naziri Benyamin Netanyahu atəşkəs razılaşması qüvvəyə minməyənə qədər ordudan əməliyyatları dayandırmamağı tələb etmişdi.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026