• Bakı 14° C

    9.01 m/s

  • USD - 1.7

    EUR - 1.9242

    RUB - 2.0365

Qazaxda Gürcüstan səfirliyinin əməkdaşı qəzaya düşdü - YENİLƏNİB

HADİSƏ

13 Mart 2024 | 09:36 | Müəllif: Subhan Mahmudov

Qazaxda Gürcüstan səfirliyinin əməkdaşı qəzaya düşdü - YENİLƏNİB

Ötən axşam Gürcüstan səfirliyinə məxsus avtomobilin aşması nəticəsində xəsarət alan şəxslər öz ölkələrində olan xəstəxanaya göndərilib.

Bakıvaxtı.az xəbər verir ki, Gürcüstan vətəndaşları - 1955-ci il təvvəlüdlü Khulordava Malkhaz və 1956-cı il təvvəlüdlü Todua Yali Qazax Rayon Mərkəzi Xəstəxanasında ilkin tibbi yardımlar aldıqdan sonra Gürcüstanda yerləşən xəstəxanalardan birinə köçürülüb.

Xatırladaq ki, Gürcüstan səfirliyinə məxsus "Lexsus" markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Hadisə Bakı-Qazax-Gürcüstan magistral yolunun Qazax rayonu İkinci Şıxlı kəndindən keçən hissəsində qeydə alınıb.

Faktla bağlı araşdırma davam edir.

...

22:25

Qazaxda yol qəzasında xəsarət alanların kimliyi məlum olub.

Bakıvaxtı.az xəbər verir ki, yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alanlar - 1955-ci il təvəllüdlü Khulordava Malkhaz və 1956-cı il təvəllüdlü Todua Yalidir.

Faktla bağlı araşdırma aparılır.

...

21:29

Qazax rayonunda Gürcüstanın Azərbaycandakı səfirliyinin əməkdaşı qəzaya düşüb.

Bakıvaxtı.az xəbər verir ki, "Lexsus" markalı avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində 2 nəfər xəsarət alıb.

Onlar xəstəxanaya çatdırılıb, vəziyyətləri orta-ağır və kafi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

...

21:05

Qazax rayonun İkinci Şıxlı kənd ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Bakıvaxtı.az xəbər verir ki, avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində bir neçə nəfər xəsarət alıb.

Hadisə yerinə təcili tibbi yardım briqadaları və Dövlət Yol Polisinin əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

02 Oktyabr 2026