• Bakı 12° C

    4.56 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Qaribaşvili Paşinyanla görüşdü

DÜNYA

24 Sentyabr 2022 | 09:11

Qaribaşvili Paşinyanla görüşdü

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Nyu-Yorkda keçirilən BMT Baş Assambleyasının 77-ci sessiyası çərçivəsində ermənistanlı həmkarı Nikol Paşinyanla görüşüb.

Bakıvaxtı.az  xəbər verir ki, məlumatı Gürcüstanın hökumət administrasiyası yayıb. Bildirilib ki, baş nazirlər iki ölkə arasında əməkdaşlığın gündəliyindəki əsas məsələlərə nəzər yetiriblər.


Görüşdə Cənubi Qafqazda cari vəziyyətə də diqqət yetirilib, münaqişələrin dinc yolla həllinin vacibliyi vurğulanıb.

Gürcüstanın Baş naziri vasitəçilik rolunu davam etdirməyə, regionda və ondan kənarda sülh və sabitliyə töhfə verməyə hazır olduğunu bildirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026