• Bakı 11° C

    4.76 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

"Qarabağ"ın rəqibi heç-heçə edib

İDMAN

18 Sentyabr 2022 | 21:17

"Qarabağ"ın rəqibi heç-heçə edib

"Qarabağ"ın UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan "Nant" komandası Fransa Liqa 1-də növbəti oyununu keçirib.

Bakıvaxtı.az-ın məlumatına görə, Antuan Kambuarenin baş məşqçi olduğu komanda VIII turda "Lans"ı qəbul edib.

Qarşılaşma qolsuz bərabərliklə başa çatıb.

Bu nəticədən sonra xallarının sayını 7-yə çatdıran "Nant" 15-ci pillədə qərarlaşıb. 18 xala malik "Lans" isə 4-cü sıradadır.

Qeyd edək ki, "Qarabağ" qrup mərhələsinin II turunda Bakıda "Nant"ı 3:0 hesabı ilə məğlub edib. Komandalar arasında V tur oyunu oktyabrın 27-də Fransada olacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR