• Bakı 10° C

    13.85 m/s

  • USD - 1.7

    EUR - 1.9615

    RUB - 2.1523

"Qarabağ" öz rekordunu yenilədi

İDMAN

08 Aprel 2026 | 11:49

Qarabağ öz rekordunu yenilədi

Azərbaycan Premyer Liqasının XXVI turunun “Qarabağ” – “Karvan-Yevlax” matçında mövsümün ən böyükhesablı nəticəsi qeydə alınıb.

Bakıvaxtı.az PFL-ə istinadən xəbər verir ki, Ağdam klubu ev matçında 7:0 hesablı qələbə qazanıb.

Bu, təkcə cari mövsümün deyil, son 4 çempionatda qeydə alınan ən böyük fərqdir. Sonuncu dəfə daha fərqli qələbə 2021/22 mövsümünə təsadüf edib. 1452 gün, təxminən 4 il əvvəl – 2022-ci aprelin 15-də “Qarabağ” “Şamaxı”nı 8 cavabsız qolla məğlub edib.

Qeyd edək ki, turnirin tarixində 47-ci dəfə bir komanda rəqibini 7 və ya daha çox top fərqi ilə məğlub edib.


SON XƏBƏRLƏR