• Bakı 12° C

    5.36 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Prezidentlər açılışda nə danışıb? - VİDEO

CƏMİYYƏT

20 Oktyabr 2022 | 14:12

Prezidentlər açılışda nə danışıb? - VİDEO

Zəngilan Beynəlxalq Hava Limanının açılış mərasimində Azərbaycan və Türkiyə Prezidentləri – İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan arasında maraqlı dialoq yaşanıb. 

Bakıvaxtı.az  xəbər verir ki, hava limanının açılış rəmzini bildirən lənti kəsərkən Türkiyə Prezidenti qayçının qızıldan olub-olmadığı ilə maraqlanıb. 

Həmin dialoqu təqdim edirik: 

Ərdoğan:  İlham qardaşım, bu qızıldırmı? 

İlham Əliyev: Qızıla bənzəyir. Ancaq siz ki kəsəcəksiniz, qızıldan da qiymətlidir…

Ərdoğan:  Zəngilan hava limanımız öncə Azərbaycan, sonra dünya üçün xeyirli olsun. 

Daha sonra Türkiyə prezidenti kəsilən lenti qayçıya dolayaraq, İlham Əliyevdən bunu “götürə bilərəm?” deyə soruşub. İlham Əliyev isə cavabında bunun “ gözəl bir xatirə” olacağını bildirib.  

Daha sonra AZAL Prezidenti Cahangir Əsgərov Zəngilan Hava Limanının açarını Ərdoğana təqdim edib və onun qızıldan olduğunu qeyd edib.
 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR