Pakistanda şiddətli yağış daşqın və selə səbəb olub.
Bakıvaxtı.az xarici mətbuata istinadən xəbər verir ki, təbii fəlakətdən ən çox Ravalpindi şəhəri zərər çəkib.
Daşqın xüsusilə sürücülərə çətin anlar yaşadıb. Belə ki, şəhər yollarında hərəkət faktiki olaraq dayanıb.
Hadisə nəticəsində mümkün tələfat barədə hələ ki, məlumat yoxdur.
















