• Bakı 21° C

    5.04 m/s

  • USD - 1.7

    EUR - 1.9312

    RUB - 2.0118

Hacıqabulda qəza zamanı sərnişin pəncərədən yerə düşdü

HADİSƏ

07 Oktyabr 2021 | 23:30

Hacıqabulda qəza zamanı sərnişin pəncərədən yerə düşdü

Hacıqabul rayonunda ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bakıvaxtı.az-ın məlumatına görə, qəza rayon ərazisində qeydə alınıb.

"Toyota Prius" markalı avtomobil hərəkətdə olarkən digər bir avtomobillə toqquşub. Qəza zamanı sərnişin 1984-cü il təvəllüdlü Əliyev Gülbala Nurbala oğlu zərbənin təsirindən avtomobilin pəncərəsindən yerə düşüb.

Ağır xəsarət alan yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması və baş-beyinin ağır dərəcəli əzikləri diaqnozları qoyulub. Yaralının vəziyyəti ağır olduğundan o reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisənin təfərrüatı araşdırılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Sentyabr 2026