Xaçmazda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Bakıvaxtı.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadla xəbər verir ki. hadisə rayonun Qusarçay kəndində qeydə alınıb.
Belə ki, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Qusarçay kəndində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Şimal Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.
Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Opel” markalı minik avtomobili idarəetməni itirərək ağaca çırpılıb, 1 nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb.
Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.











jpg-1701754563.webp)




