• Bakı 12° C

    4.84 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Ölkəmiz UEFA reytinqində geriləyib

İDMAN

16 Avqust 2024 | 09:16 | Müəllif: Əli Hüseynov

Ölkəmiz UEFA reytinqində geriləyib

Azərbaycan ötən həftə ilə müqayisədə UEFA reytinqində iki pillə geriləyib.

Bakıvaxtı.az xəbər verir ki, bu, avrokuboklarda III təsnifat mərhələsinin cavab oyunlarından sonra baş verib.

26-cı sırada yer alan ölkənin əmsalı 18,875-ə bərabərdir.

"Qarabağ" Çempionlar Liqasında Bolqarıstanda əlavə vaxtda (əsas vaxt 3:2) "Ludoqorets"ə qalib gəlib - 7:2.

"Sabah" UEFA Konfrans Liqasında Bakıda "Sent Patriks Atletik"ə məğlub olub (0:1), "Zirə" isə "Osiyek"lə heç-heçə edib - 2:2.

"Qarabağ"ın qələbəsi Azərbaycanın aktivinə 0,250, "Zirə"nin heç-heçəsi isə 0,125 əmsal qazandırıb. 25-ci pillədəki Kiprin 18,975, 27-ci yerdəki Bolqarıstanın 18,375 əmsalı var.

55 ölkənin yer aldığı reytinq siyahısına İngiltərə (89.160) başçılıq edir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026