• Bakı 14° C

    6.24 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Ölkədə bir neçə internet tarifi ləğv edilir

İQTİSADİYYAT

06 Iyul 2022 | 19:45 | Müəllif: Subhan Mahmudov

Ölkədə bir neçə internet tarifi ləğv edilir

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Aztelekom” MMC avqustun 6-dan etibarən 4 mbit/s və 10 mbit/s optik internet tariflərini ləğv edir.

MMC-dən Bakıvaxtı.az-a verilən məlumata görə, bu tariflərin istifadəçiləri üç qat daha sürətli olan 15 mbit/s və 30 mbit/s tarif paketlərinə keçiriləcək.

Xatırladaq ki, "Aztelekom" 1996-cı ildən fəaliyyət göstərən eyniadlı İstehsalat Birliyinin bazasında 2015-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 22,525 milyon manatdır. Milli rabitə operatoru olan şirkət fərdi və korporativ müştərilərə, rabitə operatorlarına və digər istifadəçilərə müxtəlif xidmətlər göstərir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR