• Bakı 23° C

    1.03 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Niderlandda sərnişin qatarı yük maşını ilə toqquşdu

DÜNYA

14 Sentyabr 2026 | 16:27 | Müəllif: Günəş Mərd

Niderlandda sərnişin qatarı yük maşını ilə toqquşdu

Niderlandın Ermelo şəhərində təxminən 150 sərnişin daşıyan qatar dəmir yolu keçidində yük maşını ilə toqquşub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Omroep Gelderland” telekanalı məlumat yayıb.

Qəza nəticəsində ən azı üç nəfər xəsarət alıb. Onlardan ikisi qatar sərnişini, biri isə yük maşınının sürücüsüdür. Sürücü xəstəxanaya yerləşdirilib.

Məlumata görə, hadisə yerli vaxtla saat 10:00 radələrində baş verib. Yük maşınında iri beton blokların olduğu bildirilir. Toqquşmadan sonra sərnişinlər qatardan təxliyə edilib.

Qəza səbəbindən Amersfoort və Zwolle şəhərləri arasında qatarların hərəkəti ən azı günün sonunadək dayandırılıb.

Hadisənin başvermə səbəbləri hələlik məlum deyil. 

Murad İsmayıl 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR