• Bakı 30° C

    1.33 m/s

  • USD - 1.7

    EUR - 1.9591

    RUB - 2.0816

Nazirlikdən sabahkı isti ilə bağlı əhaliyə MÜRACİƏT

CƏMİYYƏT

08 Avqust 2026 | 15:01

Nazirlikdən sabahkı isti ilə bağlı əhaliyə MÜRACİƏT

Fövqəladə Hallar Nazirliyi (FHN) su hövzələrinə üz tutan vətəndaşlara müraciət edib.

Bakıvaxtı.az xəbər verir ki, nazirliyin yaydığı müraciətdə təhlükəsizlik qaydalarına əməl etməyin vacibliyi xatırladılıb.

Məlumatra qeyd olunur ki, hazırda ölkə ərazisində, o cümlədən Bakıda və Abşeron yarımadasında qızmar isti hava şəraiti müşahidə olunur. Belə havanın bazar günü də davam edəcəyi gözlənilir:

"Bu hava şəraitində, xüsusilə həftəsonları vətəndaşlar istirahət üçün kütləvi şəkildə su hövzələrinə üz tutur. Lakin təəssüflə qeyd olunmalıdır ki, bəzi vətəndaşlar tərəfindən müvafiq təhlükəsizlik qaydalarına əməl olunmaması sonda acı nəticələrə səbəb olur".

O da vurğulanb ki, çimərlik kimi nəzərdə tutulmamış ərazilərdə, o cümlədən kanal, çay, arx və digər su hövzələrində çimmək, habelə çimmə zonasının işarələnmiş sərhədlərindən kənara üzmək, xilasetmə texnikasından başqa digər qayıq və kiçik gəmilərlə çimərliyə daxil olmaq qadağandır.

Çimərlikdə uşaqlar nəzarətsiz qalmamalı, xəbərdaredici nişan və lövhələrin göstərişlərinə, xilasedicilərin çağırış və tələblərinə sözsüz əməl edilməlidir. Qızmar günəş altında fasiləsiz dayanmaq və hava qaraldıqdan sonra suya daxil olmaq təhlükəlidir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Avqust 2026