“Qarşıda, təbii ki, çox işimiz var. İşimiz çoxdur”.
Bakıvaxtı.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev təhsil işçilərinin sentyabr konfransında çıxışı zamanı deyib.
Ümumi konturları danışan nazuir qeyd edib ki, məktəb direktorlarından, çox şey asılıdır:
“Sizin davranışınızdan, idarəetmə bacarığınızdan, məktəbdaxili mühiti düzgün təşkil etməyinizdən çox şey asılıdır.
Biz buna yalnız dəstək ola bilərik. Biz bunu tənzimləyirik, nəzarət edirik. Bunlar dövlətin roludur”.
E.Əmrullayevin dediyinə görə, onun üçün bu gün əsas vacib olan və çatdırmaq istədiyi mesaj ondan ibarətdir ki, həqiqətən də sistem olaraq işləməyi öyrənməliyik:
“Bizim üçün fərdilik, fərdi arzular yox, ümumi müəyyən edilmiş qaydalar əsas olmalıdır. Bu qaydalar yerlərə, yerlərdən də məktəblərə çatdırılacaq. Onları ciddi qəbul edib məktəbdə müəllimlərə izah etmək lazımdır ki, bu proses belə işləyir. Siz bu kiçik məsələlərə fokuslanmaqla böyük nailiyyətlər əldə edə bilərsiniz”.
Murad İsmayıl
















