• Bakı 13° C

    6.65 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Nazir rəisi təqaüdə göndərdi

CƏMİYYƏT

18 Iyul 2022 | 17:46

Nazir rəisi təqaüdə göndərdi

Qobustan Rayon Polis Şöbəsinin rəisi vəzifəsindən azad edilib.

Bakıvaxtı.az-ın məlumatına görə, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, şöbə rəisi, polis polkovniki Etibar Babayev xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.

Qeyd edək ki, E.Babayev 2016-cı ildə sabiq daxili işlər naziri Ramil Usubovun əmri ilə bu vəzifəyə təyinat almışdı. O, daha əvvəl Qəbələ ŞPİ-nin rəis müavini olub. Onun fövqəladə hallar naziri Kəmaləddin Heydərovun qohumu olduğu deyilir. (qafqazinfo)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR