• Bakı 22° C

    2.35 m/s

  • USD - 1.7

    EUR - 1.9507

    RUB - 2.017

Nazir açıqladı: "Məktəbəqədər təhsil riyaziyyat nəticəsini artırır"

CƏMİYYƏT

08 Sentyabr 2026 | 12:19 | Müəllif: Günəş Mərd

Nazir açıqladı: "Məktəbəqədər təhsil riyaziyyat nəticəsini artırır"

Məktəbəqədər təhsilə daha erkən cəlb olunan şagirdlərin riyaziyyat nəticələri daha yüksəkdir.

Bakıvaxtı.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev PISA 2025 nəticələrinin təqdimatı zamanı çıxışında deyib.

Nazir bildirib ki, məktəbəqədər təhsilə cəlb olunma yaşı ilə şagirdlərin riyaziyyat üzrə nəticələri arasında müsbət əlaqə müəyyən edilib.

Təqdim olunan məlumatlara əsasən, məktəbəqədər təhsilə 3 və 4 yaşında başlayan uşaqların orta nəticəsi 470 bal, 5 yaşında başlayanların nəticəsi 443 bal olub. Bu təhsilə cəlb olunmayan şagirdlərdə isə orta göstərici 405 bal təşkil edib.

Emin Əmrullayev qeyd edib ki, şagirdin məktəbəqədər təhsilə bir il daha tez başlaması riyaziyyat üzrə nəticəsini orta hesabla 28 bal artırır.

Zeynəb Rzayeva


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Sentyabr 2026