• Bakı 12° C

    4.84 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Naxçıvanda ev yandı - Ölən var

HADİSƏ

11 Aprel 2025 | 21:32 | Müəllif: Subhan Mahmudov

Naxçıvanda ev yandı - Ölən var

Naxçıvan şəhərində fərdi yaşayış evində yanğın olub, yanğın zamanı ev sahibi ölüb.

Bakıvaxtı.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Naxçıvan Şəhər Sabir küçəsində fərdi yaşayış evində yanğın hadisəsin baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal Naxçıvan şəhər Dövlət Yanğından Mühafizə hissəsinin yanğından mühafizə bölmələri çağırış üzrə hadisə yerinə cəlb olunublar.

Yanğın hadisə nəticəsində 1 mərtəbəli, 1 otaqlı, 28 m² ümumi sahəsi olan fərdi yaşayış evində 4 m² hissəsində yataq dəsti yanıb, 24 m² hissəsi içərisindəki əşyalarla birlikdə yanğından mühafizə olunub.

Yanğın zamanı ev sahibi 1969-cu il təvəllüdlü Hüseynov Vəli Şuqeyib oğlu həyatını itirib.

Hadisə ilə bağlı araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026