"Ukrayna üçün prioritet daha çox hava müdafiəsi olacaq".
Bakıvaxti.az xarici mətbuata istinadən xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq NATO müdafiə nazirlərinin toplantılarından əvvəl mətbuata açıqlamasında deyib.
Stoltenberq bəyan edib ki, müttəfiqlər NATO-nun ehtiyatlarını azaldaraq Ukraynaya dəstək verdikləri üçün görüşdə NATO-nun ehtiyatlarının necə doldurulacağı, həmçinin çəkindirmə və müdafiə məsələləri müzakirə olunacaq.
Nuranə Daxilqızı
















