• Bakı 17° C

    1.89 m/s

Müharibənin bir günü Ukraynaya neçəyə başa gəlir?

DÜNYA

14 Sentyabr 2026 | 18:20 | Müəllif: Subhan Mahmudov

Müharibənin bir günü Ukraynaya neçəyə başa gəlir?

2026-cı ildə müharibənin bir günü tərəfdaşlar tərəfindən təmin edilən silahlar istisna olmaqla, Ukrayna büdcəsinə 190 milyon dollara başa gəlir.

Bakıvaxtı.az xəbər verir ki, bunu Ukrayna Ali Radasının büdcə komitəsinin sədri Roksolana Pidlasa deyib.

“2024-cü ildə müharibənin bir günü Ukraynaya 140 milyon dollara başa gəlirdi. Müharibə xərclərinin artmasının əsas səbəbi ordunun böyüməsidir. Digər bir amil isə daha çox miqdarda silaha — ilk növbədə, Rusiya neft emalı zavodlarını vurmağa qadir olan orta və uzaq mənzilli zərbə sistemlərinə olan ehtiyacdır”, - Pidlasa bildirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR