• Bakı 12° C

    5.66 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Mirələmovun videosundakı qız kimdir? - AÇIQLAMA

CƏMİYYƏT

22 Aprel 2021 | 15:12

Mirələmovun videosundakı qız kimdir? - AÇIQLAMA

"Hüseynbala Mirələmov barədə yayılan videogörüntü universitet daxilində baş verməyib".

Bakıvaxtı.az xəbər verir ki, bunu modern.az-a Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) İctimaiyyətlə Əlaqələr və Marketinq Departamentinin direktoru Bəhruz Nəzərov ADNSU-nun sabiq kafedra müdiri Hüseynbala Mirələmovla bağlı yayılan görüntülər barədə danışarkən deyib.

O, həmin videogörüntünün universitetdən kənar ofisdə çəkildiyini qeyd edib:

"Bildiyimiz kimi Hüseynbala müəllimin tək Azərbaycan Neft və Sənaye Universitetində deyil, digər yerlərdə də vəzifələri var idi. Həmin hadisə universitet daxilində baş verməyib. Digər iş yerlərinin birində baş verib. Hüseynbala müəllim bizdə kafedra müdiri idi, hazırda işindən azad olunub.

Qeyd edim ki, videogörüntüdə yer alan qız da bizim universitetin işçi heyətindən deyil".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026