• Bakı 13° C

    6.85 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Millimiz FİFA reytinqində gerilədi

İDMAN

16 Sentyabr 2021 | 12:28

Millimiz FİFA reytinqində gerilədi

FİFA milli komandaların yeni reytinq siyahısını açıqlayıb.

Bakıvaxtı.az qurumun saytına istinadən xəbər verir ki, Azərbaycan millisi ötən reytinqlə müqayisədə 5 pillə geriləyib. Yığmamız 1158 xalla 117-ci sırada qərarlaşıb.

Yığmanın DÇ-2022-nin seçmə mərhələsinin A qrupundakı rəqiblərindən Portuqaliya 1674 xalla 7-ci (+1), Serbiya 1515 xalla 28-ci (+1), İrlandiya 1418 xalla 50-ci (-3),Lüksemburq isə 1244 xalla 94-cü (+2) yerdədir.

Siyahıya Belçika (1832) başçılıq edir. Braziliya (1811) 2-ci, İngiltərə (1755) 3-cü pillədə qərarlaşıb.

Qeyd edək ki, Azərbaycan millisi bu ay DÇ-2022-nin seçmə mərhələsində Lüksemburqa 1:2, Portuqaliyaya 0:3 hesabı ilə uduzub, İrlandiya ilə heç-heçə edib - 1:1.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR