• Bakı 13° C

    6.65 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Məşhur futbolçu vəfat etdi

CƏMİYYƏT

20 Sentyabr 2022 | 13:15

Məşhur futbolçu vəfat etdi

İsveçrəli futbolçu Nikolas Şindelholts xərçəng xəstəliyindən vəfat edib.

Bakıvaxtı.az "Blick" nəşrinə istinadən xəbər verir ki, müdafiəçi 34 yaşında dünyasını dəyişib.

2020-ci ilin yayında Şindelholtsa xərçəng diaqnozu qoyulub. Oyunçu daha sonra peşəkar karyerasını başa vurduğunu açıqlayıb.

Qeyd edək ki, Nikolas Şindelholts ölkəsində "Tun", "Lütsern" və "Arau" klublarının formasını geyinib.


Məşhur futbolçu vəfat etdi
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR