• Bakı 16° C

    1.55 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Məleykə Abbaszadə DİM-dən gedir? - FOTO  

CƏMİYYƏT

31 Avqust 2026 | 12:01 | Müəllif: Günəş Mərd

Məleykə Abbaszadə DİM-dən gedir? - FOTO

Builki dövlət imtahan qəbulu prosesi Dövlət İmtahan Mərkəzinin rəhbəri Məleykə Abbaszadənin sonuncu iş ili ola bilər.

Bakıvaxtı.az xəbər verir ki, yaş və işin daha yaxşı təşkili ilə bağlı onunla yolların ayrılması qərarının verildiyi bildirilir.

Məlumatda deyilir ki, Məleykə Abbaszadə 2000-ci ildən bəri bu postu tutur. Və rəsmi dairələr 26 illik idarəçiliyin bitməsini məqbul hesab ediblər.

Mənbələr qeyd edir ki, 73 yaşlı DİM rəhbərini əvəzləyəcək şəxsin də adı məlumdur. Onların bildirdiyinə görə, yeni DİM rəhbəri Rüfət Eyvaz oğlu Əzizov olacaq. Belə ki, 1980-ci il doğumlu Əzizov hazırda ADNSU-nun rektoru vəzifəsini tutur. O, 2023-2025-ci illərdə Sumqayıt Dövlət Universitetinin rektoru, 2021–2023-cü illərdə isə Təhsil İnstitutunun direktoru vəzifəsində çalışıb. (Tribuna.az)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Sentyabr 2026