• Bakı 11° C

    4.53 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Makron Çinə gedəcək

DÜNYA

03 Aprel 2023 | 11:11

Makron Çinə gedəcək

Fransa Prezidenti Emmanuel Makron 5-7 apreldə Çinə işgüzar səfər edəcək.

Bakıvaxtı.az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Səfərin Çin sədri Si Cinpinin dəvəti ilə baş tutacağı bildirilir.

Fransa mətbuatı yazır ki, Makron səfər zamanı Ukraynadakı münaqişəni müzakirə etmək və rəsmi Pekini Rusiyaya hərbi dəstək verməkdən çəkindirmək niyyətindədir.

Xatırladaq ki, daha əvvəl Makronun Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Lyayen ilə birlikdə Çinə səfər etməyi planlaşdırdığı bildirilirdi.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026