• Bakı 12° C

    6.98 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Lunyov  ilk "3-lük"də

İDMAN

15 Dekabr 2023 | 10:15

Lunyov ilk "3-lük"də

"Qarabağ"ın üzvü Andrey Lunyov UEFA Avropa Liqasının qrup mərhələsində ən çox qurtarış edən qapıçılardandır.

Bakıvaxtı.az xəbər verir ki, 32 yaşlı qolkiper 5 qarşılaşmada 23 seyvlə yadda qalıb.

Rusiyalı futbolçu bu göstəriciyə görə üçüncü pillədə qərarlaşıb.

Kipr təmsilçisi "Aris"in braziliyalı qapıçısı Vana (30) liderdir. Polşanın "Rakuv" klubundan Vladan Kovaçeviç (27) ikinci sıradadır.

Qeyd edək ki, "Qarabağ" qrup mərhələsinin VI turunda Bakıda İsveçin "Hakken" klubunu 2:1 hesabı ilə məğlub edərək, tarixində ilk dəfə bu turnirin pley-offuna vəsiqə qazanıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR