• Bakı 18° C

    1.16 m/s

  • USD - 1.7

    EUR - 1.9067

    RUB - 2.0148

Los-Anceles limanında konteyner gəmisində böyük yanğın baş verib

DÜNYA

22 Noyabr 2025 | 09:49 | Müəllif: Əli Hüseynov

Los-Anceles limanında konteyner gəmisində böyük yanğın baş verib

Los-Anceles limanında (Kaliforniya ştatı) konteyner gəmisi yanıb.

Bakıvaxtı.az-ın xarici KİV-ə istinadən məlumatına görə, bu barədə şəhərin meri Karen Bass məlumat yayıb.

"Los-Anceles limanında elektrik səbəbindən konteyner gəmisində baş verən yanğınla mübarizə aparılır. 100-dən çox yanğınsöndürən alovla mübarizə aparır, liman polisi heyətin təhlükəsizliyini təmin etməyə kömək edir", - o yazıb.

Şəhərin yanğınsöndürmə xidmətinin məlumatına görə, yanğından sonra gəminin göyərtəsində partlayış qeydə alınıb. Son məlumatlara görə, heyətin bütün üzvləri gəmidən təxliyə edilib. Onlar xəsarət almayıblar.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Oktyabr 2026