• Bakı 22° C

    4.24 m/s

  • USD - 1.7

    EUR - 1.909

    RUB - 2.029

Ağ Ev bu məhsullara tarifləri ləğv edə bilər

DÜNYA

22 Dekabr 2025 | 00:06 | Müəllif: Subhan Mahmudov

Ağ Ev bu məhsullara tarifləri ləğv edə bilər

Vaşinqton administrasiyası ABŞ-da istehsal edilməyəcək xarici məhsullara tətbiq olunan tarifləri aradan qaldırmağa hazırdır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ağ Evin Milli İqtisadi Şurasının rəhbəri Kevin Hasset CBS telekanalına açıqlamasında bildirib.

O qeyd edib ki, ABŞ tarifləri bəzən tənzimlənə bilər, məsələn, qəhvə artıq ABŞ tariflərindən çıxarılıb, çünki ölkədə qəhvə istehsalı kifayət qədər deyil. Hasset əlavə edib ki, ABŞ-da istehsal olunmayan digər məhsullar üçün də istisna halları tətbiq oluna bilər. Bu məsələ ilə bağlı ABŞ-ın ticarət nümayəndəsi Ceymison Grier artıq iş aparır.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp 2 aprel tarixində 185 ölkə və əraziyə məhsullar üzrə gömrük tariflərini tətbiq etmişdi.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Oktyabr 2026