• Bakı 20° C

    2.61 m/s

  • USD - 1.7

    EUR - 1.909

    RUB - 2.029

ABŞ Ukrayna ilə danışıqları müsbət qiymətləndirdi

DÜNYA

22 Dekabr 2025 | 00:40 | Müəllif: Subhan Mahmudov

ABŞ Ukrayna ilə danışıqları müsbət qiymətləndirdi

ABŞ administrasiyası Ukrayna nümayəndə heyətinin Vaşinqton və Avropa təmsilçiləri ilə Floridada apardığı danışıqları məhsuldar və konstruktiv qiymətləndirib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff X sosial şəbəkəsində məlumat verib.

O bildirib ki, son üç gün ərzində Ukrayna nümayəndə heyəti amerikalı və avropalı tərəfdaşlarla bir sıra məhsuldar və konstruktiv danışıqlar aparıb. Nümayəndənin sözlərinə görə, məsləhətləşmələr zamanı tərəflər növbəti addımların ardıcıllığına xüsusi diqqət yetiriblər.

Qeyd edək ki, Mayamidə Ukrayna və ABŞ arasında yeni danışıqlar raundu keçiriləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Oktyabr 2026